Türkiyədəki erməni vəqflərinin topladığı pullar hara xərclənir?

Ermənilər bütün dünyada türklər, Türkiyə əleyhinə fəaliyyət göstərib qardaş ölkəni qondarma soyqırımla ittiham etmələrinə baxmayaraq hələ də Türkiyədə erməni vəqf və cəmiyyətləri fəaliyyət göstərməkdədir.

Ermənilər bütün dünyada türklər, Türkiyə əleyhinə fəaliyyət göstərib qardaş ölkəni qondarma soyqırımla ittiham etmələrinə baxmayaraq hələ də Türkiyədə erməni vəqf və cəmiyyətləri fəaliyyət göstərməkdədir. "OLAYLAR"-ın əldə etdiyi məlumata görə, hazırda Türkiyədə 54 erməni vəqfi və cəmiyyəti fəaliyyət göstərir. Erməni vəqf və cəmiyyətləri tərəfindən toplanan maliyyə vəsaitinin hara xərcləndiyi barədə isə heç bir açıqlama verilmir.

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin sədri Göksəl Gülbəy deyir ki, Türkiyədə fəaliyyət göstərən erməni vəqf və cəmiyyətlərinin illik gəliri milyon doillardan artıqdır: "Həmin vəqf və cəmiyyətlər xüsusilə İstanbulda şəbəkələşiblər. Onlar İstanbulda sahib olduqlar ofis və digər obyektləri kirayə verərək gəlir əldə etsələr də, lakin bunun hesabatı verilmir. Bizi də ciddi şəkildə narahat edən məsələ budur ki, erməni vəqflərinin topladığı pullar hara xərclənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00