İraqda daha bir terror aktı 30 ölü, 50 yaralı

İŞİD qruplaşması iyulun 8-də gecə saatlarında İraqın paytaxtı Bağdaddan 80 kilometr şimalda yerləşən Balad şəhərində şiələrin Seyid Məhəmməd türbəsinə hücum edib. Terror aktı nəticəsində azı 30 nəfər ölüb, 50 nəfər yaralanıb.

Terrorçular əvvəlcə abidəni minaatandan atəşə tutublar. Daha sonra onlar abidəyə daxil olub və atəş açıblar. Onlardan ikisi türbə yaxınlığında yerləşən bazarda özlərini partladıb. Üçüncü kamikadze isə öldürülüb və onun üzərindəki partlayıcı kəmər zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00