ABŞ-da iğtişaşlar: 4 polis öldürülüb, 11-i yaralanıb

Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı həlak olub, daha 11 nəfəri yaralanıb. 

Dallasda iğtişaşlar zamanı dörd polis əməkdaşı həlak olub, daha 11 nəfəri yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsinin açıqlamasında bildirilir.
 
Luiziana və Minnesota ştatlarında iki qaradərili şəxsin polis əməkdaşları tərəfindən  qətlə yetirilməsinin səbəb olduğu iğtişaşlar zamanı naməlum şəxslər Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper tüfənglərindən atəş açıblar. Nəticədə dörd polis əməkdaşı hadisə yerində həlak olub, daha on biri ağır yaralanıb. Onlardan üçünün vəziyyətinin kritik olduğu bildirilir.
 
Atəş açan şəxslər hadisə yerini tərk ediblər. 
 
Polis rəisi Devid Braun bildirib ki, atəş iki silahlı tərəfindən açılıb. Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarını Dallasın mərkəzində partlayış törətməklə hədələyiblər.  
 
Son məlumata görə, polis əməkdaşlarına atəş açan şəxslər saxlanılıblar. Onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub, digərini isə xüsusi təyinatlılar saxlayıblar. Polis bir qədər əvvəl könüllü təslim olan şəxsin şəklini yayaraq, barəsində axtarış elan etmişdir.     

----------

08:29

ABŞ-ın Dallas şəhərində (Texas ştatı) bütün gecə davam edən iğtişaşlar zamanı 3 polis əməkdaşı öldürülüb, 7 polis isə xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iğtişaşlar polis əməkdaşları tərəfindən iki qaradərili şəxsi qətlə yetirilməsindən sonra başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00