Daha bir Ramazan faciəsi: yenə Banqladeş - FOTO
Milli.Az The Daily Star-a istinadən bildirir ki, partlayışda 4 nəfər həlak olub, 12 nəfər yaralanıb. Həlak olanların ikisi polis əməkdaşlarıdır.
7 İyul 2016 13:49 DünyaPartlayışlar məscidin həyətində, yerli sakinlər Ramazanın başa çatması ilə bağlı bayram namazı qılarkən törədilib.
Həmin anda məscidin həyətində təxminən 200 min insan vardı. Terrorçular 3 əldəqayırma bombanı partladandan sonra polislə atışmağa başlayıblar. Terrorçuların bəziləri yaxınlıqdakı məktəbin binasında gizləniblər.
Onların bəziləri odlu silahla yanaşı, qılıncla da silahlanıblar.
Polisdən verilən məlumata görə, terror aktının arxasında yerli "Cəmaat əl mücahid Banqladeş" qruplaşması durur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00