Misirdə 25 İŞİD terrorçusu zərərsizləşdirilib
Misirin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkənin Sinay yarımadasında İŞİD qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 25 terrorçu zərərsizləşdirilib.
5 İyul 2016 18:36 DünyaMisirin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ölkənin Sinay yarımadasında İŞİD qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 25 terrorçu zərərsizləşdirilib.
TASS xəbər verir ki, yarımadanın cənubundakı Şeyx Zuveyd və qərbində yerləşən Əl-Arişa şəhərlərinə hava zərbələri endirilib.
İnformasiyaya əsasən, ötən axşam təhlükəsizlik orqanlarının yarımadada keçirdiyi reyd zamanı 3 silah-sursat anbarı, partlayıcı maddələrlə dolu 3 maşın aşkarlanıb. Terrorçular həmin avtomobillərlə güc strukturlarına hücum etməyi planlaşdırıb. "AH-64 Apache" və "F-16"ların bombardımanı nəticəsində 50 silahlı yaralanıb.