Böyük Britaniyanın Mühafizəkarlar Partiyası yeni liderini seçir

Böyük Britaniya parlamentinin Mühafizəkar Partiyasından olan deputatları bu gün ölkənin baş naziri olacaq yeni liderin seçilməsi prosesinə başlayıb.

Böyük Britaniya parlamentinin Mühafizəkar Partiyasından olan deputatları bu gün ölkənin baş naziri olacaq yeni liderin seçilməsi prosesinə başlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, 330 deputata səsvermə üçün tam iş günü (11:00-dan 18:00-dək, Bakı vaxtı ilə 21:00-dək) veriləcək.

Seçki zamanı hər mərhələdə daha az səs toplamış namizəd mübarizədən kənarlaşır. Parlament üzvlərinin dəstəyini qazanmış 2 namizəd arasında seçimi isə sıravi partiya üzvləri həyata keçirəcək.

Beş namizəd arasında hələlik daxili işlər naziri Tereza Mey daha çox populyardır.

Xatırladaq ki, iyunun 23-də keçirilmiş referdumda seçicilərin çoxunun Avropa İttifaqından çıxmaqla bağlı qərara səs verməsindən iyunun 24-də Böyük Britaniyanın baş naziri Devid Kemeron bu ilin oktyabrında istefa vermək niyyətini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00