Jurnalistlərin başına 2 ton su töküldü

Türkiyənin Bursa şəhərində meşə yanğınlarının söndürülməsinə cəlb edilən yanğınsöndürən helikopter hədəfi səhv salıb. Helikopter göldən götürdüyü suyu səhvən müxbirlərin və yanğınsöndürənlərin üzərinə töküb.

Anspress bildirir ki, 2 ton suyun altında soyuq duş qəbul edən əməkdaşlar qaçmağa yer tapa bilməyərək tamamilə islanıblar.

Mərkəzi Osmanqazi rayonu Uludağ yolundakı meşə sahəsində yanğının hələ ki başvermə səbəbi bilinmir. Yanğın qısa müddət ərzində geniş bir ərazini əhatə edib. Otların da alışması ilə sürətlə böyüyən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Lakin küləyin təsiri ilə böyüməkdə olan yanğının söndürülməsində çətinlik çəkən yanğınsöndürənlər bölgəyə cəlb edilən helikopterlər vasitəsilə yanğının qarşısını alıb.

Helikopter qalan közlərdən alovun yenidən böyüməməsi üçün ikinci dəfə yanğın baş verən əraziyə 2 ton su boşaltmaq istəyib. Lakin o jurnalistləri suya qərq edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00