Qazaxıstan XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərə ehtiyac yoxdur"
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərin cəlb edilməsinə ehtiyac yoxdur. ATƏT-in Minsk qrupu razılaşmasının yerinə yetirilməsi kifayətdir".
5 İyul 2016 15:54 Dünya"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərin cəlb edilməsinə ehtiyac yoxdur. ATƏT-in Minsk qrupu razılaşmasının yerinə yetirilməsi kifayətdir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkə paytaxtı Astanada keçirdiyi brifinqdə bildirib.
"Bunun üçün ABŞ, Rusiya və Fransanın həmsədrlər olduğu xüsusi Minsk qrupu yaradılıb. Fikrimcə, münaqişənin həlli üçün yeni vasitəçilər axtarmağa ehtiyac yoxdur", - deyə nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00