Prezidentə məxsus mağaza söküldü - Ukraynada

Ukraynanın "Roshen" qənnadı məmulatları şirkətinin Kiyev şəhərinin "Svyatoşin" metro stansiyası yaxınlığında yerləşən mağazası sökülüb.

Ukraynanın "Roshen" qənnadı məmulatları şirkətinin Kiyev şəhərinin "Svyatoşin" metro stansiyası yaxınlığında yerləşən mağazası sökülüb.

APA  bildirir ki, söküntü işində "Koyevblaqoustroystva" kommunal şirkətinin 100-ə yaxın əməkdaşı iştirak edib. Bir həftə əvvəl kommunal xidmət əməkdaşları həmin rayonda yüzlərlə digər köşkü də söküblər. Bu, sahibkarların etirazına səbəb olub.
 
"Roshen"in mağazası da daxil olmaqla, sökülən köşklərin qanunsuz inşa edildiyi bildirilir. 
 
Xatırladaq ki, "Roshen" mağazalar şəbəkəsi Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00