Erməni əsgərin intihara cəhdinə görə üç nəfər tutulub
Ermənistan ordusunun hərbi qulluqçusu Razmik Abramyanın intihara cəhdi ilə bağlı qaldırılan cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.
5 İyul 2016 15:05 DünyaErmənistan ordusunun hərbi qulluqçusu Razmik Abramyanın intihara cəhdi ilə bağlı qaldırılan cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda məhkəmə departamentinin mətbuat xidmətindən məlumat verilib.
İnsident 2015-ci il dekabrın 9-da baş verib. Razmik Abramyan döş qəfəsinin sol hissəsindən güllə yarası alıb.
Bu fakt üzrə açılan cinayət işinə görə əsgərlər A.Karapetyan, S.Melkonyan və V.Ter-Vardanyan həbs ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00