Dövlət içində mafiyaya qarşı KƏHRƏBA ƏMƏLİYYATI

Ukraynanın Rivne vilayətində “kəhrəba mafiyası” ifşa edilib.

Ukraynanın Rivne vilayətində "kəhrəba mafiyası" ifşa edilib.

UNİAN agentliyi xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov bazar ertəsi keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 32 nəfər kəhrəbanın qanunsuz istehsalı üçün cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinir.

Arsen Avakov cinayətkar qruplaşmanın tərkibindən danışıb: "Şübhəlilər arasında vilayət prokurorluğunun rəhbərləri, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli işçiləri, Milli Polisin keçmiş və indiki əməkdaşları və iqtisadiyyatın müdafiəsi üzrə bölmənin rəhbəri də var", - nazir deyib.

Nazirin sözlərinə görə, cinayətkar sxem iki hissəyə bölünüb. Onlardan biri kəhrəbanın qeyri-leqal istehsalı, digəri isə kəhrəbanın saxlanılmasına cavabdeh olub. Avakov vurğulayıb ki, axtarışların gedişatında qızıl külçələri, bahalı saatların böyük kolleksiyası, kəhrəba kisələri və nağd pul aşkarlanıb.

O, həmçinin qeyd etdi ki, Ukraynanın baş prokuroru Yuri Lusenko vəziyyətin inkişafı üzrə qərar qəbul edəcək.

Daxili işlər naziri kəhrəbanın istehsalı prosesinin qanunverici səviyyədə təcili nizama salınmasına ehtiyac olduğunu qeyd edib: "Mən baş nazirə və prezidentə məlumat verdim. Məsələ onda deyil ki, biz cinayətkar qrupu ifşa etdik. Faktiki olaraq onlar qanunvericilikdə olan boşluğa görə parazitlik edirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00