Britaniyada baş nazir postuna seçkilər başlayır
Böyük Britaniyanın Mühafizəkarlar Partiyası bu gün partiya lideri və ölkənin baş naziri postuna namizədlər üzrə səsvermənin birinci mərhələsini keçirəcək.
5 İyul 2016 13:37 DünyaBöyük Britaniyanın Mühafizəkarlar Partiyası bu gün partiya lideri və ölkənin baş naziri postuna namizədlər üzrə səsvermənin birinci mərhələsini keçirəcək.
"Reuters" agentliyi xəbər verir ki, bu posta beş nəfər öz namizədliyini irəli sürüb.
Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey və energetika naziri Andrea Lids qələbəyə əsas iddiaçılar hesab edilir. Səsvermədə ən az səs toplayan namizəd baş nazir vəzifəsi üçün sonrakı mübarizəni dayandıracaq.
Səsvermənin növbəti mərhələsi cümə axşamı keçiriləcək. Səsvermə iki namizəd qalana kimi davam edəcək. Sonuncu səsvermədə iki namizəd iştirak edəcək.