Aeroportda qadın dava saldı: "Dərhal boşanıram!"
Rusiyanın paytaxtı Moskvadakı "Vnukovo" aeroportunda Vladivostok şəhərinə reys xeyli gecikmə ilə gerçəkləşib.
5 İyul 2016 13:28 DünyaRusiyanın paytaxtı Moskvadakı "Vnukovo" aeroportunda Vladivostok şəhərinə reys xeyli gecikmə ilə gerçəkləşib.
Milli.Az 1TV-yə istinadən bildirir ki, təyyarənin 6 saatlıq gecikmə ilə səmaya qalxmasına səbəb sərnişinlərdən birinin dava salmasıdır. Təyyarə uçuş zolağına yönələndə qadın Vladivostoka yollanmaq fikrindən vaz keçib.
Qadın sərnişin "dərhal, təcili şəkildə boşanmaq" niyyətində olduğunu, təyyarənin dayanmasını istəyib. O qışqırıb, qalmaqal salıb. Təyyarədəki sərnişinlər onu fikrindən döndərməyə çalışsalar da, bir nəticə hasil olmayıb.
Sonucda qalmaqal salan qadınla yanaşı, təyyarədəki bütün sərnişinlər endiriliblər. Sonra isə təyyarəyə tam baxış keçirilib.
Qaydalar belədir.