Bergüzar və Halitin yeni serialı başlamadan uğur qazandı
Baş rollarını Halit Ergenç və Bergüzar Korelin paylaşacağı "Vatan Haini" adlı serial artıq başlamadan uğur qazanıb.
5 İyul 2016 19:19 DünyaBaş rollarını Halit Ergenç və Bergüzar Korelin paylaşacağı "Vatan Haini" adlı serial artıq başlamadan uğur qazanıb.
Türkiyə mətbuatının məlumatına görə, Tuba Büyüküstünün həyat yoldaşı Onur Saylakın da yer aldığı ekran işi yayıma başlamadan öncə Xorvatiyaya satılıb. "Paramparça", "Aşk-ı Memnu" və chr("39")"Kara Para aşk" kimi seriallardan sonra "Vatan haini" də xarici tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, Halit və Bergüzar birgə çəkildikləri "Min bir gecə" serialı ilə Latın Amerikasında böyük uğur qazanıblar. Onlar adı çəkiln serialda tanış olduqdan sonra ailə qurublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00