Kadırov bu dəfə zirehli maşın dartdı
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Bu dəfə rəhbər gücünü cip avtomobili ilə sınayıb.
5 İyul 2016 12:54 DünyaÇeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Bu dəfə rəhbər gücünü cip avtomobili ilə sınayıb.
Anspress bildirir ki, respublika rəhbəri Ramzan Kadırov cipi yerindən tərpədib. Ölkə başçısı çətinlik çəkmədən ağır avtomobili irəli-geri hərəkət etdirib.
Bu sınağın videosu sosial şəbəkələrdə yayılıb. Əks-səda doğuran video Rusiyanın "NTV" kanalında da yayımlanıb.
R.Kadırov idmana olan marağı ilə seçilir. O, tez-tez "İnstagram" səhifəsində idman zallarında videolar paylaşaraq hər kəsi sağlam həyat tərzi keçirməyə çağırır.
Ramzan Əhməd oğlu Kadırov 5 oktyabr 1976-ci ildə, Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının dördüncü dövlət başçısıdır.
Prezident olmazdan əvvəl baş nazir vəzifəsini icra edib. Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərib, İkinci Rus - Çeçen müharibəsində isə rusların yanında iştirak edib.
Kadırov evlidir və beş uşaq atasıdır.