Litva XİN başçısı: "Gürcüstanla viza rejimi payızda ləğv ediləcək"
Gürcüstan KİV xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçus bildirib.
5 İyul 2016 12:18 Dünya"Avropa İttifaqı Gürcüstanla viza rejimini payızda ləğv edəcək"
Gürcüstan KİV xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçus bildirib.
"Gürcüstan vizasız rejimi qazanıb. Bu haqda Avropa İttifaqının komissiyası siyasi bəyanat da verib", - deyə litvalı diplomat vurğulayıb.
Onun sözlərinə görə, razılaşma ilə bağlı dəyişikliyin olacağı da istisna deyil: "Razılaşmaya təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən düzəlişlər ola bilər. Fikrimcə, bu prosesi payızın əvvəlinədək başa vuracağıq", - deyə Linas Linkyaviçus qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00