Heç İstanbul terrorunu veclərinə almadılar

Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərarla Türkiyəyə səyahət edənlərə qarşı tətbiq edilən sanksiya aradan qaldırılan kimi rus turistlərin Türkiyəyə böyük axını başlayıb.

Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərarla Türkiyəyə səyahət edənlərə qarşı tətbiq edilən sanksiya aradan qaldırılan kimi rus turistlərin Türkiyəyə böyük axını başlayıb.

Publika.az bildirir ki, ötən həftə ərzində Rusiyada turistlərin sifariş verdiyi tur-paketlər arasında Türkiyəyə səyahət edənlərin sayı böyük üstünlük təşkil edir.
 
Qəzet yazır ki, hətta İstanbul terroru belə rus turistləri Türkiyəyə səyahət etməkdən çəkindirmir.
 
Hazırda Rusiyada fəaliyyət göstərən turizm agentlikləri minlərlə turistin Türkiyəyə səyahətini təşkil etmək üçün təyyarə reysləri axtarırlar.
 
Hazırda Rusiyadan Türkiyəyə səyahət edənlərin sayı son 1 həftə ərzində 38,8 faiz artıb.
 
Rusiyanın aparıcı turizm agentliyinin rəhbəri İqor Blinov bildirib ki, hazırda rus turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Türkiyə liderdir: "İkinci yeri Kipr, üçüncü yeri isə Yunanıstan təşkil edir".
 
Xatırladaq ki, ötən ilin sonunda Türkiyə ilə Rusiya arasında baş verən "təyyarə böhranı" səbəbindən iki ölkə arasında münasibətlər gərgin vəziyyətə düşmüşdü. Hətta Rusiya hökuməti təyyarəsinin vurulmasına görə Türkiyəyə qarşı iqtisadi sanksiyalar da tətbiq etmişdi. Ancaq son 2 həftə ərzində Türkiyə ilə Rusiya arasında münasibətlər düzəlməyə doğru gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00