Peyğəmbər məscidini partladanın FOTOsu yayıldı

Dünən Mədinə şəhərində məsciddə partlayış törədən şəxsin kimliyi müəyyən edilib.

Dünən Mədinə şəhərində məsciddə partlayış törədən şəxsin kimliyi müəyyən edilib.

Qafqazinfo bildirir ki, ölkə polisi "Peyğəmbər" məscidində partlayış törədən terrorçunun fotosunu "Twitter"də yayıb. Bildirilir ki, kamikadze 1981-ci il təvəllüdlü Pakistan vətəndaşı Abdulla Xandır. O, ailəsi ilə birgə Ciddə şəhərində yaşayırmış.

Qeyd edək ki, iyulun 4-ü Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində təhlükəsizlik xidmətinin 4 əməkdaşı həlak olub, 4 nəfər isə xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00