Uşağın öpüşmək haqqında verdiyi sual ilahiyyatçını əsəbləşdirdi
TV-də dini veriliş aparan ilahiyyatçı Nihat Hatipoğluya verilən suallar və cavablar yenə hər zamankı kimi medianın diqqət mərkəzindədir.
5 İyul 2016 11:26 DünyaTV-də dini veriliş aparan ilahiyyatçı Nihat Hatipoğluya verilən suallar və cavablar yenə hər zamankı kimi medianın diqqət mərkəzindədir.
Türkiyə mətbuatı xəbər verir ki, Sultanahmet Meydanından canlı yayımlanan "İftar Özel" verilişində azyaşlı oğlanın verdiyi sual ilahiyyatçını əsəbləşdirib.
Oğlan: "Aktyor olmaq istəyirəm, günahdır?"
N.Hatipoğlu: "Günah deyil, amma sən aktyor olmağı deyil, həkim olmağı arzula".
Oğlan: "Bəs aktyor olub öpüşməsəm?"
N.Hatipoğlu: "Səncə, doğru olar?"
Daha sonra ilahiyyatçı bu tip serialların efirə getməsinə etirazını bildirərək: "Dinimizə tərs olan şeyləri efirə gətirməyin. Gənclərə pis örnək omayın", - deyib.
Milli.Az sözügedən görüntüləri təqdim edir: