Ərdoğanın Putindən üzr istəməsinin 2 mühüm SƏBƏBİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan üzr istəməsi və ölkəsinin siyasi mövqeyində dəyişiklik edilməsinin iki mühüm səbəbi var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan üzr istəməsi və ölkəsinin siyasi mövqeyində dəyişiklik edilməsinin iki mühüm səbəbi var.

Azvision.az bildirir ki, bunu Rusiyanın Avropa Birliyində olan daimi nümayəndəsi Vladimir Çijov deyib.

Rusiyanın NTV televiziyasına açıqlama verən Çijov Türkiyənin getdikcə daha çox təcrid edildiyini qeyd edib.

"ABŞ-ın kürd problemində mövqeyi və Almaniyanın "soyqırım" qərarı prezident Ərdoğanı çətin vəziyyətə salmışdı və o, belə addımı atmaq məcburiyyətində qaldı". 

Türkiyə-Rusiya əlaqələrinin tam təmin edilmədiyini deyən Çijov bildirib ki, Ərdoğanın Rusiyadan üzr istəmək qərarını verməsində Türkiyənin getdikicə təcrid edilməsi səbəb olub. 

"Ərdoğanın bundan sonra nə edəcəyinə baxaq. Fikrimcə, təmkinli olmalıyıq", - deyə Çijov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00