İstanbulda sel - Metro suyun altında qaldı
İstanbulda yağan güclü yağışdan sonra şəhəri sel basıb.
5 İyul 2016 11:21 Dünyaİstanbulda yağan güclü yağışdan sonra şəhəri sel basıb.
Qafqazinfo bildirir ki, bu gün səhər saatlarında İstanbulda yağan güclü yağış yolları iflic edib. Aramsız yağıntılardan sonra şəhərin bir neçə mərkəzi küçəsini su basıb, avtomobillər yolda qalıb.
Məlumata görə, leysan nəticəsində Bayrampaşa metro stansiyasının girişi su altında qalıb. Yağışlardan sonra yaranan sel səbəbindən Əyyub Sultan Məscidi ətrafında bayram namazı qılan vətəndaşlar da çətin anlar yaşayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00