Rusiyanın məhdudiyyətləri nəticəsində Ukrayna Azərbaycana ixracının 53%-ni itirib

Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracaq.

Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracaq.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya deyib.

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkənin ərazisindən tranzit olaraq keçən Ukrayna mallarına qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısını genişlənib.

"Ukrayna mallarının 98%-i Rusiya üzərindən Qazaxıstana gedir. Pul ekvivalentində söhbət il ərzində 682 milyon dollardan gedir. Rusiyadan tranzit keçməklə mallarımızın 93,9%-i Qırğız Respublikasına ixrac olunur. Bu isə pul ekvivalentində 70 milyon dollar edir", - deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, cari ilin I rübündə Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri nəticəsində Ukrayna Qazaxıstana ixracın 47,9%-ni, Qırğız Respublikasına 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00