19 azərbaycanlı Rusiyadan qovuldu
Bu ilin əvvəlindən Başqırdıstan üzrə Məhkəmə Pristavlarının Federal Xidmətinin İdarəsi Rusiyada qalmaq qaydalarını pozan 256 miqrantı ölkədən qovub.
5 İyul 2016 10:10 DünyaBu ilin əvvəlindən Başqırdıstan üzrə Məhkəmə Pristavlarının Federal Xidmətinin İdarəsi Rusiyada qalmaq qaydalarını pozan 256 miqrantı ölkədən qovub.
AzVision.az xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən ölkədən 149 Özbəkistan, 45 Tacikistan və 19 Azərbaycan vətəndaşı deportasiya olunub. Rusiyadan çıxarılan şəxslər arasında Qırğızıstan, Türkiyə, Vyetnam və digər ölkələrdən olan şəxslər də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00