Texasda kimyəvi məhlul daşıyan qatar relsdən çıxıb, yaralananlar var
ABŞ-ın San-Antonio şəhəri yaxınlığında (Texas ştatı) kimyəvi maddə daşıyan yük qatarının 5 vaqonu relsdən çıxaraq aşıb.
5 İyul 2016 10:00 DünyaABŞ-ın San-Antonio şəhəri yaxınlığında (Texas ştatı) kimyəvi maddə daşıyan yük qatarının 5 vaqonu relsdən çıxaraq aşıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, natrium hidroksid məhlulu daşıyan qatar şəhərdən cənub-qərbdə yerləşən sənaye zonasında qəzaya uğrayıb. Nəticədə 4 min litrə yaxın qələvi yerə dağılıb. Ən azı iki nəfər yaralanıb: onlar aşan vaqonda olublar.
Hadisədən sonra yerli hakimiyyət orqanları yaxınlıqda yaşayan əhalini müvəqqəti olaraq təhlükəsiz yerə təxliyə ediblər. Mütəxəssislər dağılan kiməvi məhlulu toplamaqla məşğuldurlar. Qəzanın səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00