Mədinədə Peyğəmbər məscidində partlayış: 4 ölü, 5 yaralı
Al Arabia bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) Səudiyyə Ərəbistanında törədilmiş terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Bununla belə, Ciddə və Əl Qətif şəhərlərindəki teraktların beynəlxalq "Əl Qaida" terror təşkilatı tərəfindən törədildiyi də istisna olunmur.
5 İyul 2016 09:51 DünyaAl Arabia bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) Səudiyyə Ərəbistanında törədilmiş terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Bununla belə, Ciddə və Əl Qətif şəhərlərindəki teraktların beynəlxalq "Əl Qaida" terror təşkilatı tərəfindən törədildiyi də istisna olunmur.
Ciddə şəhərində ABŞ konsulluğunun qarşısında "canlı bomba"nın partlaması nəticəsində 2 nəfər yaralanıb, Mədinədəki "Əl Məscid əl Nəbəvi" məscidinin qarşısındakı teraktda isə 4 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Sakinlərinin əksəriyyəti şiələr olan əl Qətif şəhərindəki teraktda isə ölən və yaralananların sayı barədə açıqlama verilməyib.
Əl Jazeera bildirir ki, Mədinədə iki partlayış olub.
Əl Qətif şəhərində özünü partlatmış "canlı bomba" içi partladıcı maddə ilə dolu maşını idarə edib. Polislər və hərbçilər çevik davrandıqlarından terrorçu maşını partlada bilməyib.
***
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Mədinə şəhərində baş verən partlayış nəticəsində ölənlərdən 4-nün, yaralılardan isə 5-nin təhlükəsizlik xidməti əməkdaşları olduğunu təsdiqləyib.
Anspress xəbər verir ki, asayiş keşikçiləri Peyğəmbər məscidi yaxınlığındakı nəzarət-keçid məntəqəsində terrorçunu saxlamağa çalışanda, o, özünü partladıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır. Məsciddə və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Terror aktı ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
***
Mədinədə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Trend bildirir ki, məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib.