Ciddədə özünü partladanın kimliyi bilindi

İyulun 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində özünü partladan terrorçu-kamikadzenin kimliyi məlum olub.

İyulun 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində özünü partladan terrorçu-kamikadzenin kimliyi məlum olub.

Bu barədə Səudiyyə Ərəbistanı DİN-n məlumatında bildirilir.
 
Məlumata əsasən, ABŞ konsulluğu yaxınlığında partlayışı Pakistan vətəndaşı Abdulla Kalzar Xan törədib. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Qeyd olunur ki, ilk dəfə Səudiyyə Ərəbistanına 12 il bundan əvvəl gələn pakistanlı Ciddədə sürücü işləyib.  
 
İyulun 4-də  Səudiyyə Ərəbistanının Qətif şəhərində məscid yaxınlığında iki terrorçu özünü partladıb, Mədinə şəhərində isə Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00