İndoneziyada terrorçu-kamikadze polis bölməsinə hücum edərək özünü partladıb
İndoneziyanın Surakarta şəhərində terrorçu-kamikadze polis bölməsinə hücum edib.
5 İyul 2016 09:33 Dünyaİndoneziyanın Surakarta şəhərində terrorçu-kamikadze polis bölməsinə hücum edib.
Reuters agentliyinin verdiyi xəbərə görə, motosikletlə bölmənin ərazisinə daxil olan terrorçu özünü partladıb. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.
Xatırladaq ki, yanvar ayında İndoneziyada baş vermiş terror aktı nəticəsində 4 nəfər ölüb. Paytaxt Cakartada törədilən silsilə partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00