Məhəmməd Mursi terrorçu elan edildi
Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib
5 İyul 2016 06:50 DünyaMisir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.Modern.az xarici mediaya istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqqında qərarı rəsmi qəzetdə dərc olunub.
Qərar 3 il müddətində qüvvədə qalacaq.
Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.
Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00