Atatürk Hava Limanındakı terrorda şübhəli bilinən 16 nəfərin istintaqı yekunlaşıb

İstanbulun Atatürk Hava Limanındakı terror aktı ilə əlaqədar şübhəli bilinən 11-i əcnəbi olmaqla 16 nəfərin istintaq işi yekunlaşıb.

İstanbulun Atatürk Hava Limanındakı terror aktı ilə əlaqədar şübhəli bilinən 11-i əcnəbi olmaqla 16 nəfərin istintaq işi yekunlaşıb.

Türkiyə KİV-inin verdiyi xəbərə görə, iyulun 1-2-də İstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şübhəlilər Bakırköy rayon ədliyyəsinə aparılıb.

Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər dünyasını dəyişib, 250-yə yaxın insan xəsarət alıb və ya zərər çəkib.c

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00