Dünyada bu ilin əvvəlindən 74 jurnalist öldürülüb
Bu ilin əvvəlindən 22 ölkədə 74 jurnalist öldürülüb.
4 İyul 2016 17:24 DünyaBu ilin əvvəlindən 22 ölkədə 74 jurnalist öldürülüb.
TASS xəbər verir ki, bu məlumatı "Press Emblem Campaign" qeyri-hökumət təşkilatı nəşr edib.
PEC-in dəyərləndirməsinə görə, media işçiləri üçün ən təhlükəli ölkələr Əfqanıstan (altı ayda 10 qurban) Suriya (9), Meksika (8), İraq və Yəmən (hər birinə 7), Qvatemala (5), Hindistan, Pakistan və Türkiyədir (hamısı 4). Bu baxımdan siyahıda ilk "10-luğ"a Rusiya, Filippin və Salvador da daxil edilib. Adıçəkilən ölkələrdə bu ilin əvvəlindən 2 jurnalist qətlə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00