Slutski: "Ümid edirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli “ölü nöqtə”dən tərpənəcək"

"Ümid edirəm ki, il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllini “ölü nöqtə”dən tərpətmək mümkün olacaq".

"Ümid edirəm ki, il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllini "ölü nöqtə"dən tərpətmək mümkün olacaq".

"RİA Novosti"nin verdiyi məlumata görə, bu sözləri Rusiya dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqə məsələləri üzrə komitəsinin sədri Leonid Slutski "Rusiya bu gün" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O ümid etdiyini bildirib ki, yaxın gələcəkdə, yaxın bir il ərzində bu istiqamətdə hansısa nəzərəçarpacaq addımlar atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00