"Rusiyanın vasitəçiliyi Qərbə təsir edir"
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Qərbin bu məsələdə addımlarının intensivləşməsinə təsir edir.
4 İyul 2016 13:48 DünyaRusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Qərbin bu məsələdə addımlarının intensivləşməsinə təsir edir.
Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.
Onun sözlərinə görə, Rusiyanın regionda artan siyasi və hərbi çəkisini nəzərə almamaq olmaz: "ABŞ xüsusən Obamanın prezidentliyi dövründə Qafqazda olduqca passiv siyasət yürüdür. Qərb bu məsələdə yalnız adi görüşlər təşkil edə bilər. Rusiyanın bu məsələdə əhəmiyyətini azaltmaq mümkün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00