Rusiyada polis rəisini və ailəsini qətlə yetirən azərbaycanlıların işi üzrə istintaq yekunlaşıb
Rusiyanın Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və onun ailə üzvlərinin qətlində təqsirləndirilənlərə ittiham irəli sürülüb.
4 İyul 2016 12:15 DünyaRusiyanın Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və onun ailə üzvlərinin qətlində təqsirləndirilənlərə ittiham irəli sürülüb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Markin "İnterfaks"a bildirib.
Onun sözlərinə görə, iki və daha çox şəxsi qətlə yetirməkdə, A.Qoştun azyaşlı qardaşı qızını öldürməyə cəhd edən, qətlimda əli olan - 24 yaşlı Orxan Zöhrabov, 23 yaşlı Roman Fətəliyev, 22 yaşlı Azərbaycan vətəndaşı İslam Babayev və 23 yaşlı Məhmədəli Əhmədova ittiham aktı təqdim edilib.
"İstintaqın başa çatması barədə müttəhimlərə xəbərdarlıq edidlib. Cinayət işinin materialları ilə tanış olmaq üçün zərərçəkmiş şəxslərə və onların müdafiəçilərinə də ittiham aktı veriləcəkçək. Tanışlıq mərhələsi başa çatandan sonra cinayət işi məhkəməyə göndəriləcək", - V.Markin əlavə edib.
Xatırladaq, bu qətliam aprel ayının 24 -də gecə saatlarında Sızran rayonunun İvaşevka kəndində, A.Qoştun valideynləri yaşayan evdə baş verib. Hadisənin yeganə canlı şahidi, ağır kəllə-beyin sınığı ilə xəstəxanaya çatdırılan sabiq polis rəisinin 7 yaşlı qardaşı qızı olub. Qatillər qurbanlarının bəzi şəxsi əşyalarını özləri ilə götürüblər.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.