Məşhur rejissor vəfat etdi

Amerikalı rejissor, "Oskar" mükafatı laureatı Maykl Çimino vəfat edib.

Amerikalı rejissor, "Oskar" mükafatı laureatı Maykl Çimino vəfat edib.

Report bildirir ki, rejissor 78 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Çimino 1939-cu ildə Nyu-Yorkda anadan olub. Onun çəkdiyi filmlər 70-80-ci illərin ən yaxşı Amerika filmləri siyahısına daxil edilib. M.Çiminonun adı F.Koppola, Miloş Forman, Martin Skorseze və Stiven Spilberqlə bir sırada çəkilir.
Onun Vyetnam müharibəsindən bəhs edən "Maral ovçusu" filmi 5 dəfə "Oskar" mükafatına layiq görülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00