Rusiyada təyyarə FACİƏSİ - Bütün ekipaj üzvləri öldü
Rusiyanın İrkutsk vilayətində yoxa çıxan "İl-76" təyyarəsinin ekipaj üzvlərindən ikisinin cəsədi tapılıb.
4 İyul 2016 11:41 DünyaRusiyanın İrkutsk vilayətində yoxa çıxan "İl-76" təyyarəsinin ekipaj üzvlərindən ikisinin cəsədi tapılıb.
Azvision.az bildirir ki, bu barədə təyyarənin axtarışı üçün yaradılmış operativ qərargahdan deyilib. Bununla da təyyaradə olan 10 ekipaj üzvünün hamısının cəsədi tapılıb.
İrkutsk vilayətinin qubernatoru hadisə ilə əlaqədar iyulun 4-də regionda matəm günü elan edib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 on nəfərlik heyətlə meşə yanğınının söndürülməsində iştirak edib. Təyyarə İyulun 1-də radarlardan itib. Təyyarə iyulun 3-də tapılıb.
Təyyarənin məhdud görmə şəraitində nəyəsə çırpıldığı ehtimal olunur. Digər versiya kimi isə müstəntiqlər texniki problemlərin yaranmasını və pilotun səhvini araşdırırlar.