Son dəqiqə: Atatürk aeroportunda İŞİD əməliyyatı - Saxlanılan şəxslərin Ukraynadan gəldiyi müəyyən olunub
4 İyul 2016 07:23 Dünyaİstanbulun Atatürk hava limanında sərnişinlər üzərində axtarış aparan ekspert qruplar, IŞİD üzvü olduğu iddiasıyla xarici əsilli 2 nəfəri saxlayıb.
Avropa.info xəbər verir ki, şübhəlilərin çantalarında keçirilən aramalarda, 4 termal snayper durbini, 3 dəst hərbi kamuflyaj, başqalarına aid 2 pasport, 3 Qırğızıstan kimlik vəsiqəsi ələ keçrilib.
İŞİD üzvü olduğu iddia edilən şəxslərin Ukraynadan gəldiyi müəyyən edilib. Onların üzərindən Rusiya, Qırğızıstan pasportları və Ukraynada oturma izni olan sənəd də tapılıb.
Adları açıqlanmayan şəxslər İstanbul terrorla mübarizə idarəsinə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00