Tayvan Çinə raket atdı
Tayvanda keçirilən hərbi təlimlər zamanı atılan raketlərdən biri Çin torpaqlarına düşüb.
1 İyul 2016 18:28 DünyaTayvanda keçirilən hərbi təlimlər zamanı atılan raketlərdən biri Çin torpaqlarına düşüb.
Teleqraf.com bildirir ki, bununla bağlı Tayvanın CNA agentliyi məlumat yayıb.
Bildirilir ki, Hsiunq Fenq tipli raket səhvən Çinin Penqhu adasına düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisədən sonra açıqlama verən Tayvan ordusunun generalı Mei Çia-hsu insidentlə bağlı Çin Müdafiə Nazirliyinə məlumat verildiyini deyib.
Çia-hsu bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanıb və günahkarlar cəzalandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00