Seçkilərin nəticələri ləğv olundu
Avstriyanın Konstitusiya məhkəməsi ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib.
1 İyul 2016 18:24 DünyaAvstriyanın Konstitusiya məhkəməsi ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib.
Anspress bildirir ki, məhkəmə səsvermənin yenidən keçirilməsinə dair qərar verib. Nəticələrə yenidən baxılmasına sağçı Azadlıq Partiyası nail olub.
Bu partiyadan olan namizəd Norbert Hofer Aleksandr van der Bellena minimal fərqlə - 31 min səslə uduzub. İlkin nəticələr Hoferin lider olduğunu göstərsə də, poçt vasitəsi ilə səs verən 750 min seçicinin səslərinin sayılmasından sonra vəziyyət dəyişdi.
Azadlıq Partiyasının lideri Haynz-Kristian Ştraxe poçt vasitə ilə göndərilən səslərin sayılması prosesində çoxsaylı nöqsanların qeydə alındığını qeyd edib.
Avstriya - parlament respublikasıdır. Onun başçısı faktiki olaraq kanslerdir. Ölkə prezidentinə simvolik rol ayrılır, lakin Azadlıq partiyası öz namizədinin qələbəsini 2018-ci ildə keçiriləcək parlament seçkilərində uğur zəmanəti kimi qiymətləndirir.