Gürcülər sentyabrdan Avropaya vizasız gedəcəklər
1 İyul 2016 18:12 DünyaAlmaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Gürcüstanın müəyyən olunmuş tələbləri yerinə yetirdiyini və bunun da nəticəsi olaraq viza sərbəstliyinin sentyabrda əldə olunacağını açıqlayıb.
Xarici KİV xəbər verir ki, Gürcüstan xarici işlər naziri Mikayıl Janelidze isə öz çıxışı zamanı Gürcüstanın Avropa dəyərlərini bölüşdüyünü deyib.
Qeyd edək ki, Berlində Gürcüstan vətəndaşlarına viza sərbəstliyinin təmin olunması ilə bağlı tərəddüdlər var.
Xüsusilə də Xristian Demokrat Birlik (CDU) partiyası mütəşəkkil cinayətkarlığın və miqrant sayının artması səbəbindən gürcülərin Avropa İttifaqı ölkələrinə vizasız səyahət etməsinə birmənalı baxmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00