Nazirləri Bəşər Əsədi "satdı"
Suriyada bir neçə nazir Səudiyyə Ərəbistanı və Fransanın təzyiqlərindən çəkinərək vəzifələrindən istefa veriblər.
1 İyul 2016 17:47 DünyaSuriyada bir neçə nazir Səudiyyə Ərəbistanı və Fransanın təzyiqlərindən çəkinərək vəzifələrindən istefa veriblər.
Azvision.az bildirir ki, bunu "SANA" agentliyinə açıqlamasında Suriya prezidentiBəşər Əsəd deyib.
"Onlar hökumətdən getdilər. Çünki onlardan bunu etməyi Səudiyyə Ərəbistanı və ya Fransa tələb edirdi. İndi isə onlar suriyalılar deyil, bu ölkələrə tabe olan sözdə müxalif qüvvələridir", - deyə bildirən Əsəd bu vəziyyətin ümumilikdə Suriyadakı duruma təsir etməyəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00