Rusiyadan Türkiyəyə uçuşların bərpa tarixi açıqlandı
Rusiyadan Türkiyəyə çarter aviareysləri iyulun 7-dən bərpa olunacaq.
1 İyul 2016 17:44 DünyaRusiyadan Türkiyəyə çarter aviareysləri iyulun 7-dən bərpa olunacaq.
Report bildirir ki, bu barədə Türkiyə Mülki Aviasiyası Baş İdarəsinin "Twitter" səhifəsində deyilib.
İdarənin məlumatına görə, cəmi 17 reys həyata keçiriləcək.
İnfromasiyaya əsasən, Rusiyanın turist agentlikləri indi öz müştərilərini Moskvadan Türkiyənin kurort şəhərlərinə daşımağı təklif edir. İyulun 2-dən "TEZ Tour" firması Türkiyəyə uçuş planlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00