İŞİD mütəxəssisindən ŞOK İDDİA: "Keçmiş sovet respublikalarından..."
1 İyul 2016 17:30 DünyaİŞİD terror təşkilatında ən çətin briqadalardan biri özbək briqadasıdır.
Publika.az bildirir ki, bunu İstanbul Atatürk Hava Limanında törədilən terror aktı ilə əlaqədar CNN-ə danışan İŞİD mütəxəssisi Mixael Vays deyib.
Amerikanın CNN kanalına danışan türk səlahiyyətlilər terrorçuların Suriyanın Rakka şəhərindən gəldiyinə və terror hücumunun planlaşdırılmasında İŞİD liderlərinin iştirak etdiyinə dair güclü dəlillərin olduğunu bildiriblər.
Məlumata görə, Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşı olan 3 kamikadze təxminən 1 ay əvvəl Rakkadan gəlib. Onların hücumda istifadə etdikləri kamikadze kəmərləri və partlayıcıları özləri ilə gətirdikləri təxmin edilir.
"İŞİD-in içində ən çətin briqadalardan biri özbək briqadasıdır. Keçmiş sovet respublikalarından gələnlər ən radikal və ölümə hazır insanlardır", - "İŞİD: Terror ordusunun içində" kitabının müəllifi Vays bildirib.
Qeyd edək ki, iyunun 28-də Atatürk Hava Limanında 3 kamikadze tərəfindən törədilən terror aktında 43 nəfər həyatını itirib, 240 nəfər yaralanıb.