İstanbul terrorrçularından daha birinin adı bilindi

Atatürk hava limanında baş verən terror hadisəsini törədənlərdən daha birinin adı məlum olub.

Atatürk hava limanında baş verən terror hadisəsini törədənlərdən daha birinin adı məlum olub.

Terrorçuların ikisi Rusiya vətəndaşı olub. Vadim Osmanovun ardından, teraktı törədənlərdən digər terrorçunun adının isə Rakim Bulgarov olduğu məlum olub.

Polis onların adlarını maklerə verdikləri pasportların üzərindəki şəkillər vasitəsi ilə müəyyən edə bilib. Terrorçuların meyitləri tanınmaz halda olduğu üçün onlardan üçüncüsünün şəxsiyyətini müəyyən etmək hələlik mümkün deyil. Polis üçüncü terrorçunun adını öyrənmək üçün araşdırmaları davam etdirir.

Bundan öncə terrorçuların rus, özbək və qırğız olduğu deyilirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00