Çexiya Prezidenti Aİ və NATO ilə bağlı referendum keçirmək istəyir

Çexiya Prezidenti Miloş Zeman ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-da üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün referendumun keçirilməsinə çağırıb.

Çexiya Prezidenti Miloş Zeman ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-da üzv qismində qalıb-qalmamasını müəyyən etmək üçün referendumun keçirilməsinə çağırıb.

RİA Novosti-nin xəbər verir ki, bunu M.Zeman Böyük Britaniyada keçirilmiş referendumun nəticələrini şərh edərkən deyib.

M.Zeman qeyd edib ki, referendum keçirilsə Aİ və NATO-nu tərk etməyin əleyhinə çıxış edər: "Mən Avropa İttifaqını tərk etmək istəyənlərlə razı deyiləm. Amma mən əlimdən gələni edərəm ki, onlar təşkil olunan referendumda öz fikirlərini bildirsinlər".

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00