Türkiyədə namaz öncəsi məscidə "canlı bomba" girdi

 

Türkiyədə məscid terror təhlükəsinə görə boşaldılıb.

Türkiyənin Adana şəhərinin Sabancı Mərkəz məscidində cümə namazı öncəsi ayağa qalxıb "özümü partladacam" deyən bir şəxs zərəsizləşdirilərək nəzarətə götürülüb. 

Məscid boşaldıldıqdan sonra, orada bombanın axtarışı davam edib. Tutulan həmin şəxsin üzərində bomba olub-olmaması barəsində heç bir açıqlama verilməyib. 

Camaat məscidi tərk edərkən ayaq altında qalıb, əzilənlər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00