Qadağanın ləğvindən sonra rusların Türkiyəyə marağı fantastik şəkildə artıb

Rusiyanın turistik servisi “OneTwoTrip”in saytında Türkiyəyə səyahətlə bağlı sorğular bir gecədə 30-40% artıb.

Rusiyanın turistik servisi "OneTwoTrip"in saytında Türkiyəyə səyahətlə bağlı sorğular bir gecədə 30-40% artıb.

Avropa.info xəbər verir ki, bu barədə portalın direktoru Arkadi Qines danışıb. 

Onun sözlərinə görə, 30 iyul axşamı prezident Vladimir Putin Türkiyəyə turistik qadağaların götürülməsi ilə bağlı fərmanı imzaladıqdan sonra saytda Türkiyədəki otel və aviabiletlərlə bağlı sorğu artıb. 

Rusların Türkiyəyə artan marağını Rusiya Turizm İttifaqının mətbuat katibi İrina Tyurina da təsdiqləyib. Tyurinanın sözlərinə görə, qadağa götürüləndən sonra turistik agentliklərdə telefon zəngindən dayanmaq olmayıb.

"Meştərilər soruşurduları, putyovka dalınca nə vaxt gəlmək olar. Qadağanı götürmək barədə prezident fərmanından sonra hamı həyəcanla bilmək istəyir ki, çarter reyslər nə vaxt olacaq və istirahət neçəyə başa gələcək" - o belə deyib.

Rusiyanın cənubunda ən böyü agentlik şəbəkəsi olan "Çəhrayı fil"in direktoru deyib ki, fərmandan sonra neçə saat ərzində 100-dən çox zəng alıb, ertəsi gün isə turistlər erkəndən zəng ediblər. 

Saratovun "Laquna-Tur" şirkətinin direktor Dmitri Anpiloqov deyib ki, Türkiyə ilə əlaqələrin açılmasına qədər, satışlar çox aşağı idi. Rusların bir çox gözləyirdilər ki, istirahətlərini Türkiyəyə saxlasınlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00