Samvel Babayan “DQR”ə rəhbərlik etmək sevdasına düşüb
1 İyul 2016 14:22 DünyaQarabağ separatçılarının keçmiş ordun komandanı yenidən Qarabağdadır.
Bunu Ermənistanın "Qraparak" qəzeti yazıb.
Qəzetin məlumatına əsasən, Samvel Babayan tərəfdarlarını başına toplayır və onların köməyi ilə Qarabağdakı işğalçı rejimə rəhbərlik etmək istəyir.
"Gələn ilin yazında Qarabağda keçiriləcək seçkilərdə o, prezident vəzifəsini tutmağa və 2013-cü ildə Serj Sarkisyana ünvanlandığı məktubda qələmə aldığı və son müsahibəsində sadaladığı proqramları gerçəkləşdirməyə cəhd edəcək", - qəzet yazır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00