Cinsi azlıqlara orduda xidmət etməyə icazə verildi
1 İyul 2016 12:29 DünyaABŞ-da öz orientasiyaları barədə açıq etiraf edən transgenderlərin orduda xidmət etmələrinə qadağa ləğv edildi.
Oxu.az bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.
İl ərzində belə şəxslərin silahlı qüvvələrdə xidmət və tibbi xidmət standartları hazırlanacaq.
"Bu, bizim xalq və ordu üçün doğrudur", - deyə o bildirib.
Beləliklə, hazırda heç kimə xidmət etməkdə imtina edilməyəcək və heç kim gender mənsubiyyətinə görə xidmətdən tərxis edilə bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00