Türkiyənin tanınmış rejissoru Şükrü Samsunlu ötən gecə vəfat edib.
"Milliyet" xəbər verir ki, bu barədə məlumatı səs sənətçisi Onur Akay sosial şəbəkədə yayıb. 50 yaşlı rejissor evində montaj işi ilə məşğul olarkən infarkt keçirərək dünyasını dəyişib.
Qeyd edək ki, o, TV10 və TRT kimi məşhur kanallarda işləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00