Türkiyədə silah alverində şübhəli bilinən 80-dən artıq şəxs saxlanılıb

İstanbul polisi xüsusi əməliyyat çərçivəsində silah alverində şübhəli bilinən 87 nəfəri saxlayıb. Türkiyənin "Haber7" qəzeti bu barədə məlumat verir.

Eləcə də əməliyyat zamanı 1000 ədəddən artıq odlu silah aşkar edilib.

Saxlanılanlar arasında əcnəbilərin də olduğu bildirilir, lakin adlar açıqlanmır.

Qəzet həmçinin məlumat verir ki, Türkiyənin digər böyük şəhər və vilayətlərində də belə əməliyyatlar aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00